AZ

Kristian Moskera "Arsenal"a transfer olub

İngiltərənin "Arsenal" klubu İspaniyanın "Valensiya" klubunun ispan futbolçusu Kristian Moskeranı transfer edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Arsenal" 21 yaşlı müdafiəçi ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.

Müqavilənin 5+1 illik olduğu və transfer qiymətinin 15 milyon avro olduğu iddia edilib.

Valensiya gənclər akademiyasından yetişən Moskera əsas heyətdə 90 matçda iştirak edib.

Fərid

MİA.AZ

Seçilən
21
1
mia.az

2Mənbələr