AZ

Qvardiola karyerasına fasilə verəcək

İspaniyalı mütəxəssis Pep Qvardiola İngiltərənin “Mançester Siti” klubundan ayrıldıqdan sonra karyerasına fasilə vermək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, "GQ Espana" jurnalına danışıb.

Ötən il "şəhərlilər"lə olan müqavilə müddətini 2027-ci ilin sonuna qədər uzadan baş məşqçi komandadan getdikdən sonra özünə istirahət verəcəyini söyləyib.

"Bilirəm ki, "Mançester Siti"dən sonra dayanacağam, buna artıq qərar vermişəm. Nə qədər işsiz qalacağımı bilmirəm: bir il, iki il, üç, beş, 10, 15. Bir az özümə diqqət edəcəyəm və özümə vaxt ayıracağam. Sonrakı illərdə olan planım barədə nəsə deyə bilməyəcəm", - deyə o bildirib.

Qeyd edək ki, 54 yaşlı Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"ni çalışdırır. Onun rəhbərliyi altında klub 6 dəfə İngiltərə çempionu, 4 dəfə İngiltərə Liqa Kuboku, 3 dəfə İngiltərə Superkuboku, 2 dəfə İngiltərə Kuboku, 1 dəfə Çempionlar Liqası, 1 dəfə UEFA Superkuboku və 1 dəfə Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

Seçilən
17
3
operativmm.az

4Mənbələr