AZ

Ukraynanın müdafiəsi yarıldı – Rusiya ordusu şəhərə girdi

BAKI, 29 iyul. TELEQRAF

Bir neçə aydır Ukrayna qüvvələri Rusiyanın strateji əhəmiyyətli Pokrovska hücumunu dayandırmışdı, şəhər ətrafında minlərlə rus əsgəri kamikadze dronları iləöldürülüb. Amma son həftələrdə vəziyyət dəyişib, Rusiya ordusu müdafiəni yararaq ilk dəfə şəhərə daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda deyilir ki, qruplarının məhv edilməsinə baxmayaraq, Rusiya yeni texnologiyadan - elektron müharibəyə qarşı immunitetə malik fiber-optik dronlardan istifadə etməklə hücumlarını davam etdirir. Mənbə bildirir ki, bunlar ruslara 25 km dərinliyə qədər Ukrayna mövqelərinə hücum etməyə imkan verir.

“İtkilərə baxmayaraq, Rusiya irəliləməkdə davam edir. Rusiya iyun ayında Ukrayna ərazisinin 556 kvadratkilometrdən çoxunu ələ keçirib, bunun dörddə birindən çoxu Pokrov istiqamətində olub”, - məqalədə vurğulanır.

Analitiklər xəbərdarlıq edirlər ki, Rusiyanın Pokrovskda kiçik bir irəliləyişi belə regionda daha dərin hücuma zəmin yarada bilər. Agentlik qeyd edir ki, Rusiya faktiki olaraq Pokrovskın qapısındadır.

Seçilən
1
teleqraf.com

1Mənbələr