AZ

6 nəfər işçisi olan lizinq şirkəti 1 milyon manata yaxın xalis mənfəət əldə edib

Maliyyə lizinqi xidmətləri göstərən "Partner Finance" QSC 2024-cü ili 935 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 791 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Partner Finance"ın xalis mənfəəti 144 min manat və ya 18,2% artıb.

Marja.az xəbər verir ki, keçən il "Partner Finance"ın əsas əməliyyat gəlirləri 460 min manat və ya 23,2% artaraq 2 milyon 446 min manat təşkil edib. 2023-cü ildə Şirkətin əsas əməliyyat gəlirləri 1 milyon 986 min manat təşkil etmişdi. 

2024-cü ildə "Partner Finance" QSC-nin lizinq portfeli (debitor borclar) 862 min manat və ya 6,7% artaraq 13 milyon 792 min manata yüksəlib. 

Qeyd edək ki, 14 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış "Partner Finance" QSC-nin nizamanmə kapitalının 49,0196%-i Nuriyev Anar Seyran oğluna, 49,0196%-i Qurbanova Şamama Balaqardaş qızına, 1,9608%-i 1 fiziki şəxsə məxsusdur. 2023-cü ilin sentyabr ayınadək "Partner Finance" QSC-nin nizamnamə kapitalının 100%-i Nübuvvət Rzayevə məxsus idi. 

Ötən il Şirkətin 6 nəfər işçisi olub. 

Partner FinancePartnerFinancepartnerfinancelizinq maliyyə gəlirmənfəətNuriyev AnarQurbanova Şamama
Seçilən
17
1
marja.az

2Mənbələr