AZ

The Telegraph: "Starmer Fələstini tanıyacaq"

"The Telegraph" qəzeti öz mənbələrinə istinadənyazırki, Baş nazir öz təklifini yaxın günlərdə açıqlayacaq. Məlumata görə, o, Qəzza zolağında atəşkəsi daimi sülhə çevirmək naminə ABŞ-ni və digər müttəfiqləri addımlar atmağa çağıracaq.

Kir Starmerin planında həmçinin Qəzzaya böyük humanitar yardımın çatdırılmasının da nəzərdə tutulduğu diqqətə çatdırılır.

Xatırladaq ki, Kir Starmer dünən ABŞ Prezidenti Donald Trampla onun Şotlandiyadakı qolf mərkəzində görüş keçirib. Donald Tramp Qəzzaya yardım axınının artırılmasına töhfə verməsi üçün Britaniyanın Baş nazirinə xahiş ünvanlayıb.

Digər tərəfdən, Kir Starmer Qəzzada müharibənin başa çatdırılması ilə əlaqədar ölkə daxilində təzyiqlə üzləşib. Britaniya hökuməti, xüsusilə müxalif qüvvələr "Fransanın yolu ilə gedərək" Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaqla bağlı ona açıq çağırışlar ünvanlayır. İstisna deyil ki, Baş nazirin gözlənilən planı həm bu təzyiqlərin, həm də Donald Trampla danışıqlarının məntiqi nəticəsidir.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr