AZ

Ukrayna Rusiyanın dəmir yollarını da vurdu: Hərəkət iflic olub

Rostov vilayətində sərnişin qatarı Ukrayna Silahlı Qüvvələrinin (AFU) kamikadze pilotsuz uçan aparatı ilə vurulub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları öz Telegram kanalında məlumat yayıb.

“Fövqəladə hadisə Moskva vaxtı ilə saat 02:00-da (Bakı vaxtı ilə 03:00-da) Salsk stansiyasında baş verib. 59 saylı Novokuznetsk-Kislovodsk qatarının iki vaqonunun şüşələri zədələnib. Qatarda olan sərnişinlər təxliyə edilib, xəsarət alan olmayıb.

Bundan başqa, stasionar yük qatarı yerə düşən dron qalıqları səbəbindən yanıb. Yanğının söndürülməsi üçün yanğınsöndürən qatarı göndərilib”, - məlumatda deyilir.

Seçilən
11
publika.az

1Mənbələr