AZ

Bahalı maskalara ehtiyac yoxdur – düzgün saç yumağın sirri

"Başınızı isti su ilə yumayın və şampunu yalnız dərinizə çəkin".

Bizim.Media "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə həkim Ayna Salom danışıb.

O, bir çox insanın saçlarını düzgün yumadığını bildirib. 

Onun sözlərinə görə, şampun yalnız baş dərisinə tətbiq olunmalıdır, saçların özünə deyil. Çünki saçlar şampunlu suyun axını ilə təmizlənir.

Bundan əlavə, həkim başı isti su ilə yumaqdan çəkinməyi tövsiyə edib. O qeyd edib ki, yüksək temperatur saçları qurudur və zəiflədir:

"Bir çox insan saçlarını yaxalamağa kifayət qədər vaxt ayırmır, nəticədə şampun tam təmizlənmir və bu da baş dərisində qıcıqlanmalara səbəb ola bilər.

Saç yuma üsulunu dəyişmək bahalı maskalardan daha effektiv nəticə verə bilər". (ölkə.az)

Bizim.Media 

Seçilən
0
2
bizim.media

3Mənbələr