AZ

Azərbaycanda bu şəxslər daha yüksək pensiya ALA BİLƏR

Son günlər sosial şəbəkələrdə vətəndaşlar arasında belə bir sual geniş müzakirə olunur:

"Həm əlilliyə, həm də yaşa görə pensiya hüququ olan şəxslər ikisini eyni vaxtda ala bilərmi?"

Bəzi vətəndaşlar bildirirlər ki, onların həm əlillik statusu, həm də pensiya yaşı mövcuddur və bu səbəbdən hər iki növ üzrə pensiya almaq hüququna sahib olduqlarını düşünürlər.

Maraqlı məqam ondan ibarətdir ki, bu məsələ qanunvericilikdə konkret qaydalarla tənzimlənir və hər kəsə aid edilə biləcək vahid mexanizm yoxdur.

Vətəndaşın pensiya təyinatı onun əmək stajı, sosial sığorta ödənişləri, əlillik qrupu və digər meyarlarla birgə qiymətləndirilir.

Bəs vətəndaş eyni anda iki pensiya ala bilərmi?

Məsələ ilə bağlı danışan iqtisadçı Akif Nəsirli News24.az-a bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaş yalnız bir növ pensiya ala bilər. Onun sözlərinə görə, vətəndaşın həm əlillik statusu, həm də yaşa görə pensiya almaq hüququ olsa belə, ikisini eyni anda almaq qadağandır:

“Əgər bir vətəndaşın həm əlilliyi varsa, həm də yaşa görə pensiya hüququ qazanıbsa, o zaman bu iki variant arasında seçim etməlidir. Əlilliyin dərəcəsi burada önəmlidir. Məsələn, 1-ci qrup əlilliyi olan şəxslərin pensiyası daha yüksək olur. Yaşa görə pensiya isə adətən minimum məbləğdə olur. Bu zaman vətəndaş üçün daha sərfəli olan pensiya növünü seçmək hüququ var".

Nəsirli əlavə edir ki, məsələn, III qrup əlilliyi olan vətəndaşın əmək stajı mövcuddursa və bu staj ona əmək pensiyası almaq imkanı verirsə, həmin şəxs təxminən 350-500 manat aralığında əmək pensiyası ala bilər. Bu halda, o 60-70 manatlıq əlillik pensiyası əvəzinə daha yüksək olan əmək pensiyasını seçə bilər:

"Qanunvericiliyin mövqeyi: İki pensiya bir şəxsdə birləşə bilməz. Azərbaycan Respublikasının əmək və sosial təminat sahəsindəki qanunvericiliyinə əsasən, pensiyalar əsasən üç əsas növə ayrılır. Yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, itirdiyi ailə başçısına görə əmək pensiyası. Qanunvericilik açıq şəkildə bildirir ki, bir şəxs eyni anda yalnız bir növ əmək pensiyası ala bilər. Əgər şəxs bir neçə meyara uyğun gəlirsə, bu zaman öz seçiminə əsasən yalnız bir pensiya növünü rəsmiləşdirə bilər".

Seçilən
1
1
sportinfo.az

2Mənbələr