AZ

Hindistan səfirindən Rusiyadan neft alınmasına görə tənqidlərə sərt cavab

Hindistanın Böyük Britaniyadakı səfiri Vikram Doraisvami ölkəsinin Rusiyadan neft alması ilə bağlı tənqidlərə kəskin reaksiya verib.

Doğru.az xəbər verir ki, o, Britaniyanın Times radiosuna müsahibəsində Hindistanın dünya üzrə üçüncü ən böyük enerji istehlakçısı olduğunu və enerjinin 80%-dən çoxunu idxal etdiyini vurğulayıb.

“Bizdən nə istəyirsiniz – iqtisadiyyatımızı bağlayaq?” – deyə səfir bildirib. Onun bu sözlərini The Times of India nəşri sitat gətirib.

Doraisvami əlavə edib ki, Hindistanın Rusiya ilə münasibətləri Qərb ölkələrinin müəyyən dövrlərdə ona silah satmaqdan imtina etdiyi və həmin silahları Hindistana qarşı istifadə edən qonşularına verdiyi zamana gedib çıxır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampın Rusiya neftini alan ölkələrə qarşı 100% rüsum tətbiq etməyi planlaşdırdığına dair məlumatlar yayılmışdı.

DOĞRU.AZ

Seçilən
7
1
dogru.az

2Mənbələr