AZ

İtaliya nəhəngi Braziliya millisinin üzvünü heyətinə qatdı

İtaliyanın "Roma" klubu "Flamenqo"nun müdafiəçisi Ueslinin transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə “qurdlar”ın mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti 2030-cu ilin yayına qədərdir. Uesli paytaxt klubuna 25 milyon avroya başa gəlib. Braziliya klubu bonus olaraq daha 5 milyon ala bilər.

19 yaşlı Uesli 2024/25 mövsümündə 26 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. O, mart ayında Braziliya millisində debüt edib. 

Qeyd edək ki, "Flamenqo" artıq "Barselona"nın və "Tottenhem"in keçmiş futbolçusu Emerson Royalın keçidini reallaşdırmaqla, Ueslinin gedişindən sonra yaranan boşluğu doldurub. 

Mirağa

Seçilən
0
1
fanat.az

2Mənbələr