ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Uzun müddət günəş altında qalmaq limfa sistemində problemlərin yaranmasına gətirib çıxarır ki, bu da xüsusilə üzdə və ayaq biləklərində şişkinliyə səbəb olur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı dermatoloq və kosmetoloq Qalina Amosova Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
"İstilik və ultrabənövşəyi şüaların təsiri altında damarların klapanları zədələnir və maye durğunlaşmağa başlayır. Həmçinin günəş şüaları hüceyrələrarası mayeni qatılaşdırır və onu yapışqan hala gətirir. Bu da birlikdə orqanizmə mənfi təsir göstərir", - deyə həkim bildirib.
Şişkinliyin qarşısının alınması üçün kosmetoloq, xüsusilə Günəşin aktivliyinin pik nöqtədə olduğu vaxt gün altında uzun müddət qalmaqdan çəkinməyi tövsiyə edib. Əgər artıq günəş yanıqları varsa, həkim iki-üç gün ərzində zədələnmiş bölgələrə "pantenol" sürtməyi, daha sonra tərkibində antioksidantlar olan məhsullardan - C və E vitaminləri, həmçinin hialuron və ferul turşusu, aloe və seramidlərdən istifadə etməyi məsləhət görüb.
"C vitamini təhlükəli sərbəst radikalları zərərsizləşdirir və bərpa edir, E vitamini hüceyrə membranlarının lipid təbəqələrini qoruyur. Ferul turşusu C və E vitaminlərini stabilləşdirir, iltihabın əsas mediatorunun aktivləşməsini bloklayır. Yaşıl çay ekstraktı iltihabı azaldır, fibroblast DNT-sini ultrabənövşəyi şüa zədələnməsindən qoruyur. Resveratrol uzunömürlülük zülallarını aktivləşdirir, hüceyrə bərpasını gücləndirir", - deyə Qalina Amosova qeyd edib.
Yayda limfa sisteminin dəstəklənməsi üçün olan antioksidantlar, kosmetoloqun bildirdiyinə görə, qidadan da əldə edilə bilər. Onun sözlərinə görə, balığın yağlı növləri iltihabı azaldan omeqa-3 mənbəyidir. Amosova vurğulayıb ki, qızılbalığın tərkibindəki astaksantinin C vitaminindən 6 000 dəfə güclüdür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.