Bir çox insanın üzləşdiyi sağlamlıq problemi olan dırnaq göbələyi yalnız iki maddə ilə aradan qaldırıla bilər.
Medicina.az xəbər verir ki, dırnaq göbələyi həm estetik, həm də sağlamlıq baxımındannarahat edən bir problemdir. Ayaqları tərləyən, ictimai yerlərdə ayaqyalın gəzən və ya immuniteti zəif olan insanlarda daha çox rast gəlinən bu hal dırnaqda qalınlaşma, saralma, çatlama və pis qoxu kimi əlamətlərlə özünü göstərir.

Müalicə çox vaxt uzun və səbirli bir prosesdir. Dırnaq göbələkləri üçün bir çoxkimyəvi dərmanlar və kremlər istifadə olunur.
Bununla belə, müxtəlif ev müalicəsi ilə dırnaq göbələklərinin qarşısını almaq da mümkündür.
Mixək tozu və zeytun yağı qarışımını hazırlamaq üçün bir çay qaşığı mixək tozunu bir xörək qaşığı zeytun yağı ilə qarışdırın. Tətbiq etməzdən əvvəl göbələk dırnağınızı yaxşıca təmizləyin və qurudun. Sonra qarışımı pambıqla dırnaqlarınıza çəkin.

Qarışımı 20-30 dəqiqə saxlayın ki, aktiv maddələr dırnağa nüfuz etsin. Bu müddətdən sonra dırnağınızı ilıq su ilə yaxalamaq və tamamilə qurutmaqdan əmin olun. çünki nəmlik göbələklərin inkişafına təkan verə bilər.
Aygün
Medicina.az