Əlcəzair kriptovalyutaların istifadəsini, yaradılmasını və mübadiləsini qadağan edən qanun qəbul edib.
Yenisabah.az xəbər verir ki, belə bir qanunun qəbul edilməsinə səbəb çirkli pulların yuyulması və terror təşkilatlarının maliyyələşdirilməsi ilə mübarizə olub. Buna əsasən, istənilən növ virtual aktivlərin emissiyası, onların əldə edilməsi, satışı və ya sahiblik edilməsi qadağandır. Kriptovalyutalar ödəniş və ya investisiya vasitəsi kimi istifadə edilə bilməz. Kriptovalyuta mübadiləsi platformalarının və ya əlaqəli elektron pul kisələrinin fəaliyyəti və yaradılması qanundan kənardır. Bundan əlavə, kriptovalyutaların istənilən reklamı qadağandır.
Yeni qanunu pozanları iki aydan bir ilə qədər həbs və xeyli miqdarda cərimə gözləyir./Unikal pizza mizza
Telegram kanalımız