AZ

Tramp adminstrasiyası Tayvan liderinə Nyu-Yorka getməyə icazə verilməyib

Pekinlə gərginlik fonunda ABŞ administrasiyası Laya Tsindəyə tranzit məhdudiyyəti tətbiq edilib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Tayvanın rəhbəri Lay Tsindənin Nyu-Yorkda tranzit dayanışına icazə verməyib. “Financial Times” qəzetinin üç mənbəyə istinadən yazdığına görə, bu qərar Pekinin etirazları səbəbindən verilib.

Lay Tsində Mərkəzi Amerikaya səfəri zamanı Nyu-Yorkda qısa müddətlik dayanmaq niyyətində idi. FT bildirir ki, Çin bu səfərə görə Vaşinqtona narazılığını bildirib. Mənbələrdən birinin məlumatına görə, Tayvan prezidenti səfər çərçivəsində Nyu-Yorkda keçiriləcək tədbirdə çıxış etmək üçün mühafizəkar Heritage Foundation beyin mərkəzindən dəvət almağa çalışıb. Bununla belə, onun Texasın Dallas şəhərində də dayanmasına da icazə verilib-verilmədiyi bəlli deyil.

Yüksək vəzifəli ABŞ rəsmisi FT-yə bildirib ki, vəziyyəti düzəltmək üçün hər iki tərəf danışıqlar aparır. Rəsmi olaraq Lay Tsindənin səfəri ləğv edilməyib.

Pekinlə Taybey arasında münasibətlər 2022-ci ildən bəri gərgindir. Həmin il ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi Tayvana səfər etmişdi. Çin bu səfəri Tayvan separatizminə dəstək kimi qiymətləndirmiş və genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Bunun cavabında Tayvan ABŞ-la hərbi əməkdaşlığı, xüsusilə də müdafiə qabiliyyətini artırmaq məqsədilə silah alışını gücləndirmişdi.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr