AZ

ÇL: II təsnifat mərhələsinin cavab oyunları başlayır

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında Qazaxıstan “Kayrat”ı azarkeşləri önündə Finlandiyanın “KuPS” komandasını qəbul edəcək.

Kiyev “Dinamo”su Malta “Hamrun”unu sınağa çəkəcək.

Azərbaycanı təmsil edən “Qarabağ” növbəti oyuna sabah çıxacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları

29 iyul

19:00 Kayrat (Qazaxıstan) – KuPS (Finlandiya)
İlk oyun 0:2

22:00 Drita (Kosovo) – Kopenhagen (Danimarka)
İlk oyun 0:2

22:00 Dinamo (Kiyev, Ukrayna) – Hamrun (Malta)
İlk oyun 3:0

23:00 Srvena Zvezda (Serbiya) – Linkoln (Cəbəllütariq)
İlk oyun 1:0

23:00 Jrinski (Bosniya) – Slovan (Slovakiya)
İlk oyun 0:4

Seçilən
3
14
futbolpress.az

10Mənbələr