AZ

Rusiyada dəmir yolu və yük qatarı od tutub yanır...-Hərəkət iflic olub...-VİDEO

İyulun 29-na keçən gecə Rusiyanın Rostov vilayətinə dronlar hücum edib və dəmir yolu infrastrukturu obyektləri vurulub. 
 
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
 
Hücum böyük yanğınlara səbəb olub. Rəsmilər Salsk dəmir yolu stansiyasının vurulduğunu bildirdi.
 
Gecə saatlarında pilotsuz təyyarənin hücumu nəticəsində ruslar Salsk stansiyasından keçən qatarların hərəkətini məhdudlaşdırıblar. Bu barədə Rusiyanın “İzvestiya” nəşri məlumat yayıb.
 
"Rostov vilayətinin Salsk stansiyasından keçən qatarların hərəkəti PUA-nın qalıqlarının düşməsi ilə əlaqədar dayandırılıb, yük qatarı da yanıb, tələfat yoxdur", - məlumatda deyilir.
 
Qeyd etmək lazımdır ki, Salsk Rusiya Federasiyasının Rostov vilayətində mühüm dəmir yolu qovşağıdır. Rusiya Silahlı Qüvvələri cəbhəyə silah və şəxsi heyətin daşınması üçün bu yaşayış məntəqəsindən keçən dəmir yollarından istifadə edir.
 
Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar hücum zamanı Kamensk-Şaxtinski yaşayış məntəqəsinin də zərər gördüyünü bildirib. Onun sözlərinə görə, orada dronun dağıntılarının yerə düşməsi səbəbindən ot örtüyü alovlanıb.
 
Rusiyanın ukraynayönlü "Exilenova+" telegram-kanalı  da Rostov vilayətində gecə hücumunun təfərrüatlarını açıqlayıb. Media Salskdan başqa Orlovski qəsəbəsinin də vurulduğunu, burada ilkin olaraq Dvoynaya dartma yarımstansiyasının hücuma məruz qaldığını bildirib.
 
"Düşmənin həssas logistik marşrutlarına zərbələr davam edir", - analitiklər qeyd ediblər.
 
Rostov vilayətində gecə baş verən hücumun görüntüləri də internetdə yayılıb.

 

 
 
S.Laçın
Seçilən
4
moderator.az

1Mənbələr