AZ

Tramp: “Si Cinpinlə görüşmək istəmirəm”

ABŞ-ın sabiq prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə görüşmək istəmədiyini bəyan edib.

Doğru.az xəbər verir ki, siyasətçi bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O, bəzi KİV-lərin onun guya Çin lideri ilə sammit keçirmək üçün fürsət axtardığı barədə yazdıqlarını təkzib edib.

“Bu, doğru deyil, mən heç nə axtarmıram. Mən Çinə gedə bilərəm, ancaq artıq göndərilmiş sədr Si Cinpinin dəvəti ilə”, – deyə Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl o, ABŞ-ın Çinlə ticarət sazişi imzalamağa çox yaxın olduğunu bildirmişdi.

DOĞRU.AZ

Seçilən
3
1
dogru.az

2Mənbələr