AZ

Məşhur ssenarist vəfat etdi - FOTO

Tanınmış türkiyəli ssenarist və yazar Şafak Güçlü 46 yaşında dünyasını dəyişib.


Manset.az xəbər verir ki, bu barədə məlumatı Film-San Vəqfi sosial media hesabında  açıqlayıb.

Film-San Vəqfi tərəfindən yayımlanan mesajda, "Ssenarist və yazar Şafak Güçlüyə Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə başsağlığı veririk" ifadələri yer alıb.

Şafak Güçlü, uzun müddət davam edən mübarizəsinə baxmayaraq, xərçəngdən vəfat edib.

Güçlü, "Dəli Sinif", "Dəli Sinif 4: Ada", "Ofsun" və "Melez" kimi bir çox məşhur layihələrə imza atıb.

Seçilən
4
manset.az

1Mənbələr