İsrail müxalifət lideri Qəzzaya hücumların dayandırılmadığı təqdirdə dünyanın israillilərin üzünə qapılarını bağlayacağını bildirib
İsrailin əsas müxalifət partiyası olan “Gələcək Buradadır” lideri Yair Lapid Qəzzaya hücumların dayandırılmadığı təqdirdə bütün dünyanın qapılarını israillilərin üzünə bağlayacağını bildirib.
X hesabından verdiyi açıqlamada Lapid İsrailin baş naziri Binyamin Netanyahu hökumətinin Qəzzada uğursuzluğa düçar olduğunu bildirib.
İsrailin Qəzzadakı vəziyyətini "tam bir fəlakət" olaraq xarakterizə edən Lapid, Tel-Əviv hökumətinin strateji, əməliyyat və siyasi baxımdan uğursuz olduğunu bildirib.
Qəzzaya hücumların nəzarətdən çıxdığını və İsrailin işğal etdiyi ərazilərdə davamlı itkilər verdiyini qeyd edən Lapid, "Müharibəni indi bitirməsək, əsirlər geri qayıtmayacaq, İsrail ordusu ən yaxşı döyüşçülərini itirməyə davam edəcək, humanitar fəlakət daha da ağırlaşacaq və dünya qapılarını israillilərin üzünə bağlayacaq" dedi.
Lapid Qəzzaya hücumları dərhal dayandırmağa çağırıb və hərtərəfli atəşkəs və əsir mübadiləsi razılaşması vasitəsilə müharibənin tam dayandırılmasını tələb edib.
aia.az
Tərcümə şöbəsi