AZ

Tramp: Szi Tsinpin dəvət etməsə, Çinə getmərəm...

ABŞ prezidenti qarşıdan gələn Çin sammiti ilə bağlı mövqeyini açıqlayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Pekinə yalnız Çin Xalq Respublikasının sədri Szi Tszinpin tərəfindən dəvət olunarsa gedəcəyini bəyan edib. Tramp bu səfər üçün heç bir təşəbbüs göstərmədiyini də vurğulayıb.

“Bu düzgün deyil, mən heç nəyə can atmıram! Mən Çinə gedə bilərəm, amma bu yalnız sədr Szi tərəfindən göndərilmiş rəsmi dəvətlə baş verə bilər. Əks halda heç bir marağım yoxdur!”, deyə Tramp Truth Social sosial platformasında yazıb.

Qeyd edək ki, daha əvvəl “The Times” qəzeti ABŞ, Çin və Rusiya liderləri arasında sentyabr ayında Çində keçiriləcək mümkün üçtərəfli görüş barədə məlumat yaymışdı. Rusiya tərəfi artıq səfəri təsdiqləyib. ABŞ tərəfi də dəvəti qəbul edib, lakin prezident Tramp səfərin dəqiq tarixini açıqlamayıb. Onun sözlərinə görə, Çin səfəri yalnız “müəyyən məqamda” mümkün ola bilər.

Hazırda Vaşinqton və Pekin arasında münasibətlər gərgin olsa da, Trampın bu açıqlaması, onun Çinlə əlaqələrdə ehtiyatlı və diplomatik mövqe tutduğunu göstərir.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr