Nyu York-un mərkəzində yerləşən ofis binasında silahlı insident baş verib...
Poliqon xəbər verir, Nyu-Yorkun Manhetten rayonunda yerləşən ofis binasında baş verən silahlı hücum nəticəsində azı 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Həlak olanlar arasında bir polis əməkdaşı da var.
The New York Post qəzetinin məlumatına görə, silahlı şəxs tüfənglə 44 mərtəbəli binaya daxil olub. Həmin binada ABŞ-ın maliyyə nəhəngi olan Blackstone şirkətinin ofisi və Milli Futbol Liqasının (NFL) qərargahı yerləşir. Hücum edən şəxs ardıcıl atəş açdıqdan sonra binanın 33-cü mərtəbəsində barrikada quraraq gizlənib. O, sonradan orada odlu silah yarası ilə ölü tapılıb.
Hadisə yerində Nyu-York polisi, şerif departamenti, FTB əməkdaşları və minaaxtaran qruplar çalışır. Şəhər meri Erik Adams videomüraciətində bildirib ki, yaralıların sayı artmaqda davam edir və vəziyyət hələ də nəzarət altına alınmayıb.
Hazırda hücumun motivləri və hücumçunun şəxsiyyəti ilə bağlı istintaq aparılır. Hadisə şəhər sakinləri arasında təşviş yaradıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Poliqon.info