AZ

Ərdoğan: Türkiyədə sülh platforması qurulacaq və bu qanlı müharibə başa çatacaq

Oxumeni.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ərdoğan: Türkiyədə sülh platforması qurulacaq və bu qanlı müharibə başa çatacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin yaxın gələcəkdə Ukrayna münaqişəsində atəşkəsə nail olmaq üçün platformaya çevriləcəyinə ümid etdiyini bildirib, bazar ertəsi Anadolu agentliyi xəbər verir.

Agentlik Türkiyə prezidentinin sözlərini sitat gətirir: “İstanbulda danışıqlar masası qurulduğu kimi, çox da uzaq olmayan gələcəkdə Türkiyədə sülh platforması qurulacaq və bu qanlı müharibə başa çatacaq”.

Bundan əvvəl Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Ukrayna problemini müzakirə etmək üçün İstanbulda görüş təşkil etmək üçün səy göstərmək niyyətində olduğunu bildirib.

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu iyulun 23-də İstanbulda keçirilib.Əvvəlki raundlar isə may və iyun aylarında baş tutub.

Əziz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
oxumeni.az

2Mənbələr