Oxumeni.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Naməlum pilotsuz təyyarələr Rostov vilayətinə hücum edib: Salsk dəmiryol vağzalı yanır
Naməlum pilotsuz təyyarələr Rostov vilayətinə hücum edib: Salsk dəmiryol vağzalı yanır. Bu barədə Rostov vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Yuri Slyusaraməlumat verib.
"Sərnişin qatarı təhlükəsiz məsafəyə aparılıb. İlkin tələfat və xəsarət alan yoxdur. Yanğının söndürülməsinə 45 nəfər və 12 texnika cəlb olunub", - deyə rayon rəhbəri qeyd edib. Salsk dəmir yolu stansiyası Rostov vilayətinin cənub-şərqində yerləşən əsas dəmir yolu qovşağıdır.
Slyusar həmçinin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Kamensk-Şaxtinski, Salsk, Volqodonsk, Bokovski və Tarasovski rayonlarında pilotsuz təyyarələrin hücumlarını dəf edir.
Xüsusilə, Kamensk şəhərinin Zavodskoy mikrorayonunda PUA-nın qəzaya uğraması nəticəsində sahədə quru ot yanıb; Yanğın yerinə təcili yardım briqadaları göndərilib.
Salskda Sosialistiçeskaya küçəsində fərdi yaşayış evinin dam örtüyü və şüşələri sındırılıb, Ostrovski küçəsində isə avtomobilə ziyan dəyib.
Onu da əlavə edək ki, iyulun 25-nə keçən gecə PUA-lar Taqanroq və Novoçerkassk ətrafına zərbələr endirib. İyulun 22-nə keçən gecə isə pilotsuz təyyarələr Rostov vilayətində strateji əhəmiyyət kəsb edən Millerovo aerodromuna hücum edib.
Əziz MUSTAFA
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.