AZ

19 yaşlı futbolçuya görə 40 milyon ödəyirlər

“Çelsi” yaxın vaxtlarda Jorrela Hatonu transfer edə bilər.

Publika.az xəbər verir ki, İngiltərə klubu “Ayaks”ın 19 yaşlı müdafiəçisi ilə müqavilə bağlamağa hazırlaşır.

Hazırda komandalar arasında razılıq əldə olunmasa da, yaxın günlərdə klubların transfer məsələsini həll edəcəyi gözlənilir.

“Çelsi”nin Hato üçün 40 milyon avrodan bir qədər çox ödəməyə hazır olduğu bildirilir. Şəxsi müqavilə artıq razılaşdırılıb.

Seçilən
29
publika.az

1Mənbələr