AZ

Ərinin unutqanlığı qadına 500 min dollar qazandırdı

Amerikalı qadın ərinin unutqanlığı sayəsində lotereyadan 500 min dollar udub.

Publika.az xəbər verir ki, Cənubi Karolinadan olan qadın həyat yoldaşı lotereya bileti almağı unutduğu üçün özü mağazaya yollanıb.

“Mən növbədə dayanmışdım və bu parlaq, parıldayan biletlər diqqətimi çəkdi. Üç dənə aldım”, - deyə qalib bildirib.

Məlumata görə, ilk iki bilet uduşsuz olsa da, üçüncüsü şanslı qadına əsas mükafatı - yarım milyon dolları qazandırıb.

Amerikalı qadın artıq sahib olduğu pulla bağlı planlar qurduğunu söyləyib. O, pulun bir hissəsini səyahətə xərcləyəcək, bir hissəsini isə erkən pensiya üçün sərf edəcək.

Seçilən
19
publika.az

1Mənbələr