AZ

Pekində güclü yağışlara görə 30 nəfər ölüb

Bakı. Trend:

Pekində leysan yağışlar və daşqınlar 30 nəfərin ölümünə səbəbolub.

Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyasıxəbər verib.

Məlumata əsasən, 80 mindən çox insan təxliyə olunub.

Bildirilib ki, ölənlərdən 28-i şəhərin şimal hissəsində yerləşənMiyun rayonunun sakinləridir. Yağan leysan bölgəsində magistralyollara və elektrik xətlərinə ziyan dəyib.

Seçilən
11
az.trend.az

1Mənbələr