AZ

Azarkeşlər Ronaldunun otağına girdilər – futbolçu fanatları polis çağırmaqla hədələdi - FOTO

BAKI. 29 iyul. TELEQRAF

“Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldunun bir neçə fanatı forvardla şəkil çəkdirmək üçün klubun iqamətgahına daxil olublar.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Goat World” nəşri məlumat yayıb.

Məlumata görə, bəzi azarkeşlər təhlükəsizlik nəzarətindən yayınaraq, portuqaliyalı forvardın otağına giriblər. Ronaldu baş verənlərdən qıcıqlanıb və fanatları polisi çağırmaqla hədələyib. Buna baxmayaraq, 40 yaşlı hücumçu fanatların onunla şəkil çəkdirmək arzusunu geri çevirməyib.

Xatırladaq ki, Ronaldu 2023-cü ilin yanvarından Səudiyyə klubunda çıxış edir. Portuqaliyalı futbolçunun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir.

Seçilən
12
teleqraf.com

1Mənbələr