ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər iyulun 7-də Qırmızı dənizdə hücum nəticəsində batan "Eternity C" yük gəmisinin azı 10 heyət üzvünü, o cümlədən Rusiya vətəndaşını Yəmənə aparıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, dənizçilərin videoyazısını hərəkatın mətbuat xidməti yayıb.
Görüntülərdə husilərin gəmiyə hücumundan sonra Yəmənə apardıqları "Eternity C" heyətinin 10 üzvünün adları və fotoşəkilləri əks olunub. Qiyamçıların suallarını cavablandıran heyət üzvləri bildiriblər ki, yük gəmisi İsrailin Eylat limanına üz tutmalı idi.
"Eternity C"nin göyərtəsində üç mühafizəçi də daxil olmaqla 25 nəfər olub. Heyət 21 Filippin və bir Rusiya vətəndaşından ibarət idi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.