AZ

"Qalatarasay" tarixində bir ilk yaşayırıq"- Dursun Özbek

"Qalatasaray" tarixində ilk dəfə olaraq yeni futbol mövsümünə borcsuz başlayır.

Fanat.Az xəbər verir ki, bunu klubun prezidenti Dursun Özbek deyib:

“Galatasaray" tarixində bir ilk yaşayırıq. Yeni mövsümə sıfır borcla giririk. Bu, "Qalatasaray" üçün bir miladdır”.

Prezident həmçinin bildirib ki, hazırda klubun nə oyunçulara, nə vergi orqanlarına, nə də digər qurumlara borcu var.

Qeyd edək ki, mövcud maliyyə durumu son illərdə Türkiyə futbol klublarının yaşadığı iqtisadi çətinliklər fonunda “aslanlar” üçün mühüm bir uğur kimi qiymətləndirilir.

Kamil Xudiyev

Seçilən
15
fanat.az

1Mənbələr