AZ

İsveç klubu Sumanı “Zirə”dən niyə transfer edib?

Xəbər verdiyimiz kimi, “Zirə” Salifu Sumanın “Malmö”yə transfer olunduğunu açıqlayıb.

Hücumçunun keçidiylə bağlı tərəflər arasında müqavilə bağlanılıb.

İsveç klubu 21 yaşlı qvineyalı hücumçu ilə 4,5 mövsümlük müqavilə imzalayıb.

Transferlə əlaqədar Salifu Suma və “Malmö”nün idman direktorunun köməkçisi Ola Toivonen klubun saytına açıqlama verib:

“Biz Salifunu bir müddətdir izləyirdik və onun “Malmö”nü seçməsi çox sevindiricidir. O, bir neçə əsas üstün xüsusiyyətə malik bir futbolçudur.

Məsələn, sürəti və birə-bir oyundakı bacarığı. Biz onda yaxşı inkişaf potensialı görürük, amma eyni zamanda o, komandaya dərhal kömək edə biləcək səviyyədədir”.

Seçilən
4
sportinfo.az

1Mənbələr