AZ

QHT layihəsi çərçivəsində ərazilərin məişət tullantılarından təmizlənməsi aksiyasını keçirib - FOTOLAR

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi 24 iyul 2025-ci il tarixdə Quba rayonu Qəçriş kəndinin bir qrup sakinləri ilə  Azərbaycan Respublikasının Qeyri- Hölümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” layihəsi çərçivəsində Qəçriş kəndində ərazilərin məişət tullantılarından təmizlənməsi aksiyası keçirilib.

QHT.az xəbər verir ki, Quba rayon Turizm idarəsinin nümayəndələri, Qəçriş kəndinin ərazi icra nümayəndəsi Fuad Yusufov , “Sosial-iqtisadi və kənd təsərrfatının inkişafına dəstək”İctimai Birloyinin sədri  Zülfiyyə Nuriyevada və könüllü təbiətsevərlər iştirak edib.

1 saatlıq aksiyada Qəçriş kəndinin gəzinti ərazisi müxtəlif növ məişət tullantılarından təmizlənib. Ərazidən toplanan plastik su butulkaları, yemək qabları, sellofan torbalar, şüşə parçaları, dəmir qırıntıları çeşidlənərək xüsusi qablara yığılaraq məişət tullantılarının qəbul məntəqəsinə aparılıb.

Sakinlərlə və aksiya iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.

Layihənin rəhbəri İradə Həsənova hər kəsi ətraf mühitə qarşı diqqətli olmağa çağırıb.Hər yerdə xüsusi təmizlik ilə bağlı lövhəciklər qoyulmasını tövsiyyə edib.

Quba rayon Turizm idarəsinin nümayəndəsi Azər Səfərov bildirib ki, bu cür aksiyaları davamlı keçirmək lazımdır: “Ətraf mühit evimizin kəndarından başlanır. Hər bir fərd yaşadığı ərazinin təmizliyinə cavabdehdir. Hər kəs təmizlik aksiyasında iştirak etməyə bilər. Lakin hər bir insan diqqətli olmalı, ətrafa məişət tullantılarını atmamlıdır. Quba turistik bölgədir. Bura gələn insanın ərazi haqqında ilk təəssüratı təmizlikdən başlanır. Hər yer təmiz olsa, bu qonaqlarda, turistlərdə xoş hisslər oyadar”.

“Sosial-iqtisadi və kənd təsərrfatının inkişafına dəstək”İctimai Birliyinin sədri  Zülfiyyə Nuriyeva insanlar arasında ictimai qınağın gücləndirilməsini tövsiyyə etdi.

Aksiya sakinlər, xüsusən məktəb yaşlı gənclər tərəfindən maraqla qarşılanıb. Onlar növbəti aksiyalarda iştirak edəcəklərini bildiriblər.

Seçilən
4
3
qht.az

4Mənbələr