AZ

“Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” adlı layihə çərçivəsində tədbir keçirilib - FOTOLAR

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının himni, ardıycan Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdı. Sonra Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova layihə haqqında məlumat verib. O, çıxış edərək layihənin məqsədi, fəaliyyət istiqamətləri və donor təşkilatı barədə iştirakçılara ətraflı məlumat vermişdir. O bildirib ki, layihənin əsas hədəfi Ermənistanın hərbi təcavüzü nəticəsində sağlamlıq imkanlarını itirmiş şəxslərə və müharibə veteranlarına hüquqi və psixoloji dəstək göstərməkdir.

Qeyd olunub ki, layihə artıq Sumqayıt şəhərində icra edilib və növbəti tədbirlərin Xaçmaz və Bakı şəhərlərində icrası olunması nəzərdə tutulub. Ümumilikdə 60-dan çox müharibə əlili və veteranı ilə fərdi iş aparılacaq. Görüşlər zamanı iştirakçılara hüquqi məsləhətlər veriləcək, müraciətlərin hazırlanmasında dəstək göstəriləcək, psixoloji dəstək isə fərdi və qrup terapiyaları formasında təqdim olunacaq. Layihənin sonunda layihənin hüquqşünası və həkim psixoloqu hər keçirilən tədbir haqda öz hesaabatlarını təqdim edəcəklər.  

Tədbirdə layihənin hüquqşünası Sədrəddin İsgəndərov, həkim psixoloq Mehriban Qafarova, Xaçmaz rayon İcra Hakimiyyətinin Şəhid ailələri və müharibəveteranları ilə iş şöbəsininmüdiri, ehtiyatda olan hərbi qulluqçu, aprel döyüşçüsü və Vətən müharibəsi işrirakçısı, mayor Tarıyel Didarov, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Mehdiyeva Pakizə, Qarabağ müharibəsi iştirakçıları iştirak etmişlər.

Sədrəddin İsgəndərov öz çıxışında qeyd etdi ki, “Müharibə əlilləri və veteranlarına hüquqi və psixoloji dəstək” layihəsinin əhəmiyyəti təkcə hüquqi maarifləndirmə ilə bitmir. Bu layihə, eyni zamanda, cəmiyyətin ən həssas təbəqələrindən biri olan müharibə iştirakçılarının hüquqlarının müdafiəsi, onların dövlət orqanlarına düzgün və effektiv müraciət imkanlarının yaradılması baxımından da önəmlidir.

Ekspert olaraq əsas məqsədimiz müharibə veteranlarının hüquqi maarifləndirilməsi, onların rastlaşdığı problemlərin qanunvericiliyə uyğun həlli yollarını təqdim etmək, eləcə də aidiyyəti qurumlarla əlaqələndirmə işini asanlaşdırmaqdır. İnanıram ki, layihə çərçivəsində aparılacaq hüquqi dəstək işləri faydalı olacaq və iştirakçıların gündəlik həyatlarında real dəyişikliklərə səbəb olacaq.

Layihənin həkim psixoloqu Mehriban Qafarova əvvəlcə bu dəyərli layihədə yer almaq imkanına görə təşkilatçılara və donor quruma təşəkkürünü bildirirək, qeyd etdi ki, bildiyiniz kimi, müharibə yalnız fiziki deyil, həm də dərin psixoloji izlər buraxır. Müharibə iştirakçılarının bir çoxu posttravmatik stress, yuxusuzluq, narahatlıq, aqressiya və digər psixoloji çətinliklərlə mübarizə aparır. Bu layihə məhz həmin problemlərin aradan qaldırılması və ya yüngülləşdirilməsi məqsədilə həyata keçirilir.

Biz bu müddət ərzində həm fərdi, həm də qrup terapiyaları vasitəsilə iştirakçılara psixoloji dəstək verəcəyik. Eyni zamanda, ehtiyac olduğu halda onların ailə üzvləri ilə də işləyəcəyik, çünki sağlam psixoloji mühit yalnız fərdlə deyil, bütövlükdə ailə ilə qurula bilər.

Ümid edirəm ki, bu görüşlər nəticəsində iştirakçılar öz daxili güclərini daha yaxşı tanıyacaq və həyat keyfiyyətlərini yüksəltmək üçün yeni yollar kəşf edəcəklər.

Çıxışlar zamanı layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər – hüquqi məsləhətlər, fərdi və qrup psixoloji seanslar, eləcə də ailədaxili münasibətlərin stabilləşdirilməsinə yönəlmiş tədbirlər barədə ətraflı müzakirələr edilmişdir.

Sonda Layihənin rəhbəri Növrəstə Yusifova layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Xaçmaz  şəhər İcra Hakimiyyətinin nümayəndəsi mayor Tarıyel Didarova, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyevaya, tədbirin sonuna qədər köməyini əsirgəməyən1-ci qrup Qarabağ müharibəsinin iştirakçısı Azad Şeydayivə və tədbirin müharibə  iştirakçılarına təşəkkürünü bildirmişdir.

Seçilən
45
9
qht.az

10Mənbələr