"Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xaricdən tələbə köçürülməsi ilə bağlı qərarları, xüsusilə Türkiyə nümunəsində verilən imtina cavabları açıq şəkildə qanunvericilik aktlarına ziddir".
Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.
"Hiss olunur ki, bu qərarları hazırlayanlar ilk dəfə qanun əlinə alıb təsadüfən oxuyublar, onda da səhv başa düşüblər. Ali təhsilin keyfiyyətindən danışmaq əvəzinə, kredit sistemi haqqında elə nağıl danışıblar ki, sanki auditoriyada yox, cizgi filmində baş verir. Bu yanaşma nə hüquqa sığır, nə də tələbələrin təhsil hüququna hörmət edir. Təhsili bürokratik eksperimentə çevirmək olmaz", - deyə o, öz etirazını bildirib.
Turan İSMAYIL