Sfera.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyədə dondurma satıcısı qalmaqala düşüb. Belə ki, İstanbulda baş verən insident sosial şəbəkələrdə hiddət dalğasına səbəb olub.
Sfera.az bildirir ki, dondurma satıcısı bir turisti ictimaiyyət qarşısında alçaltdıqdan sonra həbs edilib. Həmin anın videosu bir gündən az bir müddətdə viral olub.
İstanbulda hüquq-mühafizə orqanlarının əməkdaşları ənənəvi dondurma şousu adı altında turistə qarşı cinsi qısnamaya yol verən şəxsi saxlayıblar.
Turist növbəyə dayanan zaman satıcı qəfildən onun köynəyinin altına dondurma çubuğunu sıxıb. Bu an videoya çəkilib.
Qadın şokdan reaksiya verə bilmədiyini, sonradan onu ikrah, təhqir və qəzəb hisslərinin bürüdüyünü yazıb. O, ədalətin bərqərar olması üçün cəmiyyətə müraciət edib. Video internetdə sürətlə yayılıb. Paylaşımdan 7 saat keçməmiş yerli hakimiyyət cinayətkarın işlədiyi mağazanı bağlayıb.
Beyoğlu Bələdiyyəsi Zabıta çıxışını möhürləyıb. Səlahiyyətlilər ərazinin bütün qadınlar üçün təhlükəsiz olması lazım olduğunu və gələcəkdə belə hadisələrə yol verməyəcəklərini vurğulayıblar.
Zərərçəkmiş şəxs vəziyyəti təfərrüatı ilə izah edib:
“Mən dondurma almaq üçün yuxarı qalxdım, satıcı isə sadəcə olaraq əlindəkini dekoltemə saldı - çubuqla deyil, öz əli ilə. Mən hər şeyi videoya çəkdim".
O əlavə edib ki, yerində donub, heç nə deyə bilməyib, daha sonra çarəsizliyindən qəzəblənib və məyus olub.
Sosial şəbəkə istifadəçiləri isə qeyd ediblər ki, Türkiyədə sosial media bəzən ictimai təzyiq üçün ən təsirli mexanizmdir.
Qeyd edək ki, Türkiyədə dondurma satıcıları tez-tez müştərilərlə qısa interaktiv şoular təşkil edir, dondurma topları oynadırlar. Bununla belə, son vaxtlar satıcıların yumor və qəbuledilməz davranışlar arasındakı sərhədi keçməsi ilə bağlı şikayətlər getdikcə artır. İstanbulda baş verən hadisə isə ictimai məkanda nəyin məqbul olduğu ilə bağlı sərhədləri bir daha gündəmə gətirib.
Xanım
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.