AZ

Vivianajewellery in zərgəri həbs edildi: Müştərinin 40 min manatlıq qızılını mənimsəyib

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Bakı şəhərindəki Moskva Ticarət Mərkəzinin yaxınlığında yerləşən "Vivianajewellery" adlı qızıl mağazasının zərgəri həbs olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Bakı sakini Bəhruz Salmanovun (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

İstintaqla müəyyən edilib ki, Lalə Babayeva adlı qadın ümumi dəyəri 40.125 manat olan, 750 əyarlı qızıldan hazırlanmış müxtəlif zinyət əşyalarını - bir ədəd 84 qramlıq tros boyunbağı, bir cüt 40 qramlıq sapfir qaşlı sırğa, bir ədəd 38 qramlıq qolbaq və boyunbağı, bir ədəd 7 qramlıq ilan formalı boyunbağı, bir ədəd 14 qramlıq Fransanın "Van Cleef” markalı boyunbağı, bir cüt 28 qramlıq brilyant qaşlı transformer sırğa, bir ədəd 10 qramlıq İtaliya istehsalı "İn-Yan” markalı klon, bir ədəd 60 qramlıq "BİFİ” markalı qolbağı, həmçinin sifariş verdiyi zinyət əşyalarının hazırlanması üçün nəzərdə tutulan 2.500 manat nağd pulu Bəhruz Salmanova təqdim edib. Lakin zərgər bunları mənimsəyərək ona qaytarmayıb.

Beləliklə, zərərçəkmişə ümumilikdə 42.625 manat məbləğində maddi ziyan vurulub.

Lalə Babayeva zərgərlə "Instagram” sosial şəbəkəsindəki "Vivianajewellery” adlı səhifə vasitəsilə tanış olub. Bəhruz Salmanov həmin mağazada zərgər kimi fəaliyyət göstərib. Zərərçəkmiş qadın Avropa brend məhsullarına bənzər zinyət əşyalarının hazırlanmasını istəsə də, nəticədə dələduzluğun qurbanı olub.

Məhkəmənin hökmü ilə Bəhruz Salmanov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində əvvəllər seçilmiş "ev dustaqlığı” qətimkan tədbiri ləğv olunaraq, məhkəmə iclas zalında həbs qətimkan tədbiri tətbiq edilib.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr