AZ

Tom Kruzun sevgilisi Nikol Kidmanı plastik əməliyyatına görə ələ saldı

Aktyor Tom Kruzla sevgili olan aktrisa Ana de Armas həmkarı Nikol Kidmanı plastik əməliyyatına görə ələ salıb. 

HİT.az xəbər verir ki bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

İnternet istifadəçiləri 37 yaşlı Ana de Armasın 58 yaşlı Nikol Kidmanın görünüşünü istehza ilə tənqid edən bir paylaşımı bəyəndiyini müşahidə ediblər. Paylaşıma Hollivud ulduzunun plastik əməliyyat nəticələrini göstərən foto (gərgin üz dərisi və qırışlar) əlavə edilib. Nikol Kidman 2021-ci ildə bir tədbirdə yaxın planda lentə alınıb.

Paylaşımın üzərində yazılıb: "Özün qalanda..."

Kidmanın pərəstişkarları de Armasın ulduzun görünüşünə istehza etdiyini düşünərək onu tənqid edib:

* "60 yaşında necə görünəcəyini görərik".
* "20-30 yaşlı insanların yaşlananları kobud tənqid etməni görəndə heyrətə gəlirəm. Siz özünüz hara gedirsiniz? Yaşlanmağın alternativinin nə olduğunu bilirsinizmi?"

Fevralda Tom Kruzla Ana de Armas arasında romans haqqında şayiələr yayılıb. Cütlük Sevgililər Günündə görüşərkən lentə alınıb. Mayın əvvəlində isə Londonda görüntüləniblər.

Samir
 

Seçilən
5
hit.az

1Mənbələr