İspaniyanın “Betis” klubu avqustun 1-dən etibarən köhnə “Benito Vilyamarin” stadionunun sökülməsinə başlayır.
90deqiqe.Az-ın məlumatına görə, Sevilya təmsilçisi eyni adla tamamilə yeni stadion inşa edəcək. Yeni arenanın tamaşaçı tutumu 60 min nəfərə qədər olacaq.
Yenidənqurma işləri dövründə “Betis” ev oyunlarını Sevilyadakı “Estadio de La Cartuja” stadionunda keçirəcək.
Yeni stadionun hündürlüyü 34 metr olacaq – bu, təxminən 10 mərtəbəli binaya bərabərdir. Layihəyə yalnız tribuna və meydança deyil, həm də kommersiya obyektləri üçün sahələr, otel və idman klinikası da daxildir. Stadionun tikintisi şəhər hakimiyyətinin dəstəyi ilə maliyyələşdirilir.