İtaliyanın “Roma” klubu qapı xəttini yeni transferlə gücləndirir.
90deqiqe.Az-ın "Football Italia"ya istinadən verdiyi məlumata görə, kolumbiyalı qapıçı Deyvis Vaskes “canavarlar”ın sırasına qoşulmağa yaxındır.
27 yaşlı futbolçu 3 gün əvvəl “Milan”dan azad agent kimi ayrılıb və artıq “Roma”da tibbi müayinədən keçib. Klub Vaskesi əsasən Milye Svilar üçün ehtiyat variant kimi görür. Hazırkı ehtiyat qapıçı Pyerluici Qollini isə komandadan ayrılmaq üzrədir.
Qeyd edək ki, Deyvis Vaskes ötən mövsümü icarə əsasında “Empoli”də keçirib. O, klub səviyyəsində 34 oyunda iştirak edib, 47 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb. Qolkiperin bazar dəyəri 2 milyon avro olaraq qiymətləndirilir. Vaskes 2023-cü ildən “Milan”ın futbolçusu idi.