“Bavariya”nın futbolçusu Brayan Saraqosa karyerasını İspaniyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Selta” ilə razılığa gəlib.
Ötən mövsümü “Osasuna”da icarədə keçirən Brayan La Liqada 27 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Brayan 2024-cü ildə “Qranada”dan “Bavariya”ya keçib.