AZ

“Kəllələrə bax, ruslardan qalan budur!” – Dövlət Duması Talibanın himnindən QƏZƏBLƏNDİ – FOTO

Dövlət Duması Talibanın qeyri-rəsmi himnindən qəzəblənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Biz buna daha çox diqqət yetirməliyik. Çünki yoldaşlar dost olmaq istəyirlərsə, o zaman bu dostluğa olduğu kimi davranmalıdırlar”, – Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.

Reaksiyaya səbəb sosial şəbəkələrdə Taliban tərəfdarlarının öz himni hesab etdikləri mahnının sözlərinin məzmunu ilə bağlı müzakirələr olub.

Xüsusilə diqqəti çəkən üçüncü və dördüncü misralarda, xüsusən də: “Baxın kəllə yığınlarına baxın, ruslardan qalan budur!” ifadəsi olub.

Mətnin hərəkatın rəhbərliyi tərəfindən təsdiqləndiyi iddia edilir.

Əfqanıstanın Rusiyadakı səfirliyi bəyan edib ki, Taliban rəsmi orqan olaraq heç bir dövlət himnini təsdiq etməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr