AZ

Avropada əl yükündəki məhdudiyyət aradan qaldıra bilər

Avropalı hava sərnişinləri tezliklə əl yükündə mayelərin daşınmasına qoyulan məhdudiyyətlərdən azad ola bilərlər.

Qaziler.az bildirir ki, bu barədə “Euronews” məlumat yayıb.

Avropa Komissiyası qitənin hava limanlarında iri konteynerlərin içindəkiləri skan edə bilən avadanlıq yerləşdirməyi planlaşdırır.

Mövcud qaydalar dərman və uşaq qidası istisna olmaqla, 100 ml-dən çox butulkaların əl yükündə daşınmasını qadağan edir.

Artıq Avropanın bir neçə hava limanında iri butulkalarda partlayıcı maddələrin axtarışını həyata keçirə bilən qurğular quraşdırılıb. Onların işi artıq Avropa Komissiyasının ekspertləri tərəfindən müsbət qiymətləndirilib və indi Avropa Mülki Aviasiya Konfransından qərar gözlənilir.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr