AZ

“İmişli” planını dəyişdi: Bakı əvəzinə Qəbələ

Yay təlim-məşq toplanışını Bakıda keçirməyi planlaşdıran “İmişli” komandasının hazırlıq planlarında dəyişiklik baş verib.

Arena.az xəbər verir ki, bölgə təmsilçisi toplanış məqsədi ilə bu gün Qəbələyə yola düşüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, kollektiv avqustun 3-nə qədər əyalətdə məskunlaşacaq. “İmişli” Qəbələ şəhər stadionunda yerli komanda və “Karvan”la yoxlama görüşlərində qüvəsini sınayacaq.

Qeyd edək ki, sözügedən komanda yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

Seçilən
23
11
arena.az

10Mənbələr