AZ

“Vest Hem” Maykl Kuperi transfer etmək istəyir

“Vest Hem” klubu yeni qapıçı transfer etməyi planlaşdırır.

90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, "çəkiclər"in əsas hədəfi isə “Şeffild Yunayted”in 25 yaşlı qapıçısı Maykl Kuperdir. 

Məlumata görə, “Vest Hem” rəhbərliyi hazırkı əsas qapıçı Alfonse Arelolanın çıxışından tam razı deyil. Bu səbəbdən klub yeni mövsüm üçün etibarlı qolkiper axtarışındadır və Kuper əsas namizədlərdən biridir. Artıq oyunçunun agenti ilə əlaqə saxlanılıb.

Maykl Kuper ötən mövsüm İngiltərə Çempionşipində 46 oyunda meydana çıxıb və 23 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Onun çıxış etdiyi “Şeffild Yunayted” mövsümü üçüncü pillədə başa vurub, lakin Premyer Liqaya yüksəlmək şansını “Sanderlend”ə uduzaraq əldən verib.

Seçilən
7
90deqiqe.az

1Mənbələr