AZ

Tramp: “Tailand-Kamboca münaqişəsi müdaxiləmdən sonra həll olundu”

ABŞ prezidenti Donald Tramp Tailand və Kamboca arasındakı münaqişənin onun müdaxiləsindən sonra həll olunduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkəsində bildirib.

"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra ölkələr atəşkəs və sülhə razılaşıblar", - deyə Tramp qeyd edib.

Amerika lideri bu ölkələrlə ticarət danışıqlarının bərpası ilə bağlı göstəriş verdiyini də bildirib. Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Malayziya ilə birlikdə münaqişənin həlli üzərində işləməyə davam edəcəyini bildirmişdi.

Seçilən
2
1
operativmm.az

2Mənbələr