“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hazırkı klubundakı dövr başa çatdıqdan sonra məşqçilik karyerasına fasilə vermək qərarına gəlib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssis "GQ" jurnalına verdiyi müsahibədə danışıb.
“Mən bilirəm ki, ‘Siti’dəki mərhələmdən sonra dayanacağam — bu dəqiq və artıq qərara alınmış bir şeydir. Fasilənin nə qədər olacağını isə bilmirəm: bir il, iki, üç, beş, on, on beş — bilmirəm. Amma mütləq dayanacağam, çünki özümə, bədənimə diqqət yetirməyə ehtiyacım var. Babam deyərdi: mənə baxın, necə ki inəklər keçən qatarı sakit-sakit izləyir. Mən də baxmaq istəyirəm — həyata”
Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.