Ermənistan hakimiyyətlə fikir ayrılığına görə Yekaterinburqdan fəxri konsulu geri çağırıb.
İnterpress.az xəbər verir ki, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsini tərk edir.
Onun geri çağırılması qərarı Ermənistan rəhbərliyinin atdığı bir sıra daxili siyasi addımlarla razılaşmaması ilə bağlıdır.
Spartakyan hakimiyyətin Erməni Apostol Kilsəsinə qarşı hərəkətlərini açıq şəkildə tənqid edərək, onları “qəbuledilməz” adlandırıb.
Və kilsəyə dəstəyi ilə tanınan rusiyalı biznesmen Samvel Karapetyanın həbsindən qəzəbləndiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az