AZ

Maks Verstappen “Red Bull”da qalır

“Red Bull” komandasının avtoidman üzrə müşaviri Helmut Marko dördqat dünya çempionu Maks Verstappenin gələcəyi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

90deqiqe.Az-ın “Sport1.de”yə istinadən yaydığı xəbərə görə,Onun sözlərinə görə, niderlandlı pilot 2026-cı ildə də Avstriya təmsilçisinin heyətində çıxış edəcək.

“Bəli, təsdiq edə bilərəm ki, Maks Verstappen 2026-cı ildə də ‘Red Bull’un pilotu olacaq”

Hazırda Verstappen sürücülərin ümumi sıralamasında 185 xalla üçüncü yerdə qərarlaşıb. Çempionata liderlik edən avstraliyalı Oskar Piastrinin (“Maklaren”) hesabında 266 xal var. İkinci yerdə isə onun komanda yoldaşı Lando Norris gəlir – 250 xal.

Qeyd edək ki, daha əvvəl Verstappenin “Mercedes”lə danışıqlar apardığı barədə xəbərlər yayılmışdı. Lakin son açıqlamalar bu iddiaları təkzib etmiş oldu.

Seçilən
7
90deqiqe.az

1Mənbələr