AZ

Tramp: İran nüvə obyektlərini bərpa etsə, məhv ediləcək

Tramp: İran nüvə obyektlərini bərpa etsə, məhv ediləcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə obyektlərini bərpa etməyə cəhd etsə, ABŞ onları dərhal yenidən məhv edəcək.

AFN.az xəbər verir ki, o, bunu Şotlandiyada Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə görüşdən sonra deyib.

"Biz onların nüvə potensialını məhv etdik. Onlar hər şeyi yenidən başlaya bilərlər. Əgər etsələr, biz obyektləri barmaq şıqqıltısından daha sürətli şəkildə məhv edəcəyik. Bunu etməyə məcbur olacağıq", – deyə Tramp vurğulayıb.

Seçilən
19
afn.az

1Mənbələr