AZ

Yanğın kabusunun arxasındakı iki dəhşətli səbəb: Ərdoğan açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetində keçirdiyi iclası başa çatıb.

Turkustan.az xəbər verir ki, Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində keçirilən görüş 2 saat 15 dəqiqə davam edib.

İclasdan sonra Ərdoğan kameralara müraciət edərək açıqlama verib. O, günlərdir davam edən meşə yanğınlarına böyük diqqət ayırıb.

"Keçən həftə Əskişəhərdə şəhid olan beş meşə işçimizə və beş AKUT könüllüsümüzə Allahdan bir daha rəhmət diləyirəm. Bu yaşıl vətənin bütün mühafizəçilərinə göstərdikləri fədakarlığa görə ölkəm və millətim adından minnətdarlığımı bildirirəm. Hatayın İskenderun bölgəsində ağır susuzluq nəticəsində şəhid olan iki əsgərimizə Allahdan rəhmət diləyirəm.

Hər iki faciəvi hadisə ilə bağlı araşdırmalar davam edir. Hamımızı kədərləndirən bu iki hadisənin səbəbləri ən qısa zamanda ətraflı şəkildə aydınlaşdırılacaq və hər hansı səhlənkarlığa uyğun olaraq aradan qaldırılacaq. Dövlətimiz şəhid ailələrinin yanındadır. Millətimizə bir daha başsağlığı veririk. Millət olaraq əhəmiyyətsiz hesab edilən səhlənkarlığın əvəzini ödəmişik. Yanğınların 96%-i insan qaynaqlıdır. Təxribat və qəsdən törədilən əməllər də var. 149 şübhəli saxlanılıb, 38 nəfər həbs olunub"-deyə, Ərdoğan bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
26
1
turkustan.az

2Mənbələr