AZ

Cehizi övladının xoşbəxtliyinə dəyişən analar...

Zaman-zaman mediada, sosial şəbəkələrdə ailə zorakılığı zəminində gəlinin həyat yoldaşı və ya qayınatası tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılır.

Bu günlərdə Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə gənc həyatına son verdi. 

İddialara görə onun anası qız evindən göndərilən cehizə narazılıq edib, nəticədə qızın atası toydan imtina edib.

Bundan xəbər tutan Q. İsmayılzadə isə canına qəsd edib. 

Qeyd edək ki, bu hadisə  cehizə görə yaşanan ilk qalmaqal deyil. Zamanla bu kimi hallar çox baş verib.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, yeni qurulan ailələrdə maddi vəziyyətlə əlaqədar yaşanan problemlər cəmiyyətdə mənəvi dəyərlərin sıxışdırılmasından qaynaqlanır: 

“Bəzi hallarda gənclər maddi durumu nəzərə alaraq evlənirlər. Ailə qurulan zaman mənəvi dəyərlər əsas götürülməsə, sevgi olmasa, qurulacaq ailə kiminsə qızını kiminsə oğluna almaq istəyindən doğsa, hansısa qız sırf kiminləsə maddiyyata görə evlənsə, dəyərləri, sonra yaranacaq problemləri nəzərə almasa, təbii ki, döyülmə halları olacaq. Cehizi problem edən, qızın gətirdiyi cehizi bəyənməyən ailələr cılız insanlardır. Onlar üçün bu dünyada göstəriş önəmlidir, övladının xoşbəxtliyi yox”.

Sevinc

Seçilən
3
hit.az

1Mənbələr